reklam
Bizim missiyamız dünyada sülhə xidmət etməkdir -
Sportfm.az xəbər saytı

Bizim missiyamız dünyada sülhə xidmət etməkdir -BOK prezidenti


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Milli Olimpiya Komitələri Assosasiyasının (ANOC) Baş Assambleyasında iştirak edib.

Sportfm.az xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən assambleyada çıxış edən T.Bax bildirib ki, dünyamızda sabitliyi qoruyub saxlamaq üçün böyük səy göstərmək lazım gəlir.

“Bizim missiyamız dünyada sülhə xidmət etməkdir. Bunun üçün biz həmrəylik nümayiş etdirməli, siyasi neytrallığı qorumalı, bir-birimizin hüquqlarına hörmət etməliyik. Mən sizi idmanın birliyi naminə həmrəy olmağa, bizi ayıran yox, birləşdirən ideyalar ətrafında birləşməyə çağırıram”, - deyə BOK-un rəsmisi əlavə edib.

T.Bax 200-dən artıq ölkənin milli Olimpiya komitələrinə səslənərək beynəlxalq Olimpiya hərəkatında həmrəyliyin vacibliyini vurğulayıb. O, Olimpiya Oyunlarından biznes, kommersiya məqsədi ilə istifadə hallarına kəskin etirazını bildirib.

Deyib: “Olimpiya Oyunları birmənalı olaraq pul qazanmaq və gəlir artırmaq meydanı deyildir. Olimpiada idman vasitəsilə dünyada sülhü, qardaşlığı, dostluğu tərənnüm etmək, olimpizm dəyərlərini qiymətləndirməkdir”.

BOK prezidenti məhz bu amillərin sayəsində hazırda qurumun tərkibində 206 milli Olimpiya komitəsinin, çoxlu sayda Olimpiya çempionu və mükafatçılarının olduğunu qeyd edib.

Oxşar xəbərlər

Prezident Tomas Baxı qəbul etdi - FOTO
Fərid Mansurovun yolunu kim davam edəcək? - Bayraqdarımız kim olsun?
BOK-un prezidenti gender bərabərliyinin vacibliyini vurğuladı
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Yaponiyada - FOTO
Azərbaycan nümayəndə heyəti Praqada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər