Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Milli komandamızın üzvləri bilərəkdən 5 top buraxıb? - UEFA araşdırmağa başladı
Futbol üzrə gənclərdən ibarət milli komandamızın (U-21) fransızlara 0:5 hesablı məğlubiyyəti söz-söhbətə səbəb olub. UEFA bizim komandanın bilərəkdən çox top buraxdığını düşünür.
Sportfm.az xəbər verir ki, bununla bağlı araşdırma başlayıb. Komandamızın qapısından 4-dən çox top buraxmasına görə bukmeyker kontorlarında 200 min dollar yatırıldığından şübhələnirlər. AFFA-nın qarşısında məsələni araşdırmaq tələbi qoyulub.
Ümumiyyətlə, UEFA-nın yüksək və birinci divizionlarımızdan gözü su içmir. Beynəlxalq futbol təşkilatı bizim çempionatlarda çoxlu oyun alveri olduğunu düşünür. Xüsusilə birinci divizionla bağlı xeyli araşdırma aparılıb. Bəzi klublar oyun alverinə görə futboldan kənarlaşdırılıb. Hətta cəza alan oyunçular da olub.
Azərbaycan UEFA-nın oyun alveri ilə bağlı təbliğat seminarı keçirdiyi bir neçə ölkədən biridir.
Oxşar xəbərlər
UEFA "bozqurd"a görə araşdırma başlatdı - FOTO
Bakıda araşdırmanın nəticələri təqdim olundu - FOTO
Milli üzvləri üçün danışılmış oyunlarla bağlı seminar keçirildi - FOTO
Buffonun hərəkətləri araşdırma mövzusu oldu
Divizionda oyun alveri: Könüllü uduzanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası