Fransa Futbol Federasiyası himnə görə cərimələndi
UEFA Fransa Futbol Federasiyasını 20 min avro cərimələyib.
Sportfm.az xəbər verir ki, buna səbəb Fransa və Albaniya yığmaları arasında AVRO-2020-nin seçmə mərhələ oyunu zamanı qonaq komanda himninin səsləndirilməsində səhvə yol verilməsi və matçın gec başlamasıdır.
“Stad de Frans”da keçirilmiş görüşdə meydan sahibləri Albaniyanın yerinə Andorranın dövlət himnini səsləndiriblər. Bundan sonra qonaqların futbolçuları ölkələrinin himni səslənməyənə qədər oynamayacaqlarını bildiriblər.
Onların tələbinin yerinə yetirilməsi zaman aldığı üçün oyun gec başlayıb. Matçdan sonra Fransa prezidenti Emmanuel Makron və baş məşqçi Didye Deşam Albaniyandan üzr istəyiblər.
Qeyd edək ki, oyun Fransanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
İsveçlər ermənilərə görə cərimələndi - 5 000 avro
Didye Deşamla yeni müqavilə imzalandı - RƏSMİ
Serblər Kosovo bayrağına görə cərimələndi - Qərar
Fransa-Türkiyə matçının ləğvini istədilər!
Kavani penalti üçün 1 milyon avronu rədd etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu















Misli Premyer Liqası