İsveçlər ermənilərə görə cərimələndi -5 000 avro
UEFA İsveç Futbol Federasiyasını (SvFF) cərimələyib.
Sportfm.az xəbər verir ki, buna Stokholmda sözügedən ölkənin yığması ilə Azərbaycan millisi arasında keçirilmiş AVRO-2024-ün seçmə mərhələ oyununda erməni azarkeşlərin təxribata cəhd etmələri səbəb olub.
"Friends Arena"dakı matçın gedişində İsveçdə yaşayan erməni fanatlar separatçı qruplaşmaların bayrağını qaldırmağa çalışsalar da, bunun qarşısı dərhal yerli polis tərəfindən alınıb. Yaranan kiçik çaxnaşmaya baxmayaraq, təxribatçılar hadisə yerindən uzaqlaşdırılıblar.
Məsələni araşdıran UEFA təxribat xarakterli siyasi mesajlara görə SvFF-yə 5 000 avro cərimə kəsib.
Qeyd edək ki, İsveç - Azərbaycan oyunu meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
Serblər Kosovo bayrağına görə cərimələndi - Qərar
UEFA "Qarabağ"la oyuna görə "Marsel"i cərimələdi - Təxribat
İngiltərə Futbol Assosiasiyası cərimələndi - AVRO-2020
UEFA-dan “Qarabağ”ın matçına xüsusi təyinat
AFFA-dan UEFA-ya müraciət - Xüsusi diqqət və həssaslıq tələb etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dövlət başçısı Xankəndi Stadionunun açılışında
-
Yığmamızın heyəti açıqlandı - SİYAHI
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Şəfa" - "Araz-Naxçıvan" - START HEYƏTLƏR
-
“Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı - Premyer Liqa
-
Millimizin oyunlarının təqvimi açıqlandı - Millətlər Liqası















Misli Premyer Liqası