reklam
Kavani penalti üçün 1 milyon avronu rədd etdi
Sportfm.az xəbər saytı

Kavani penalti üçün 1 milyon avronu rədd etdi


PSJ prezidenti Nasser Əl-Xəlafi komandann futblçusu Edinson Kavaniyə penaltilərdən imtina etməsi üçün 1 milyon avro təklif edib.

Sportfm.az xəbər verir ki, ancaq uruqvaylı hücumçu bu təklifi müsbət cavablandırmayıb. Kavanin müqaviləsində Fransa liqasının bombardiri olacağı təqdirdə, 1 milyon avro bonus alacağı qeyd olunub. Əl-Xəlafi penaltiləri Neymarın yerinə yetirməsi üçün Kavaniyə bombardir olub-olmamasından asılı olmayaraq 1 milyon ödəməyə hazır olsa da, o, bunu rədd edib.

Bundan sonra Əl-Xəlafi Neymardan penaltiləri Kavaninin yerinə yetirməsi razılıq verməsini istəyib. Ancaq braziliyalı hücumçu da bu istəyi yerinə yetirməyib.

Xatırladaq ki, Neymar Fransa Liqasının 6-cı turunda "Lion"la görüş zamanı penaltinin yerinə yetirmək istəsə də, Kavani buna mane olub. Özü isə zərbəni dəqiq yerinə yetirə bilməyib. Bundan sonra oyunçular paltardəyişmə otağında mübahisə ediblər. Onların əlbəyaxa olmasına isə T. Silva imkan verməyib.

Oxşar xəbərlər

ECA-da yeni rəhbər - “Yuventus”un prezidentini əvəzlədi
PSJ Neymarın satış qiymətini açıqladı - 100 milyon
"Atletiko" 150 milyon avroluq təklifdən imtina etdi
Neymar "Barselona"dan 26 milyon avro alacaq
Neymar elə bir təklifi rədd etdiki...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər