reklam
Təmkin Xəlilzadənin cəzası açıqlandı -
Sportfm.az xəbər saytı

Təmkin Xəlilzadənin cəzası açıqlandı -sınaq müddəti verildi


AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Təmkin Xəlilzadəni 5 oyunluq cəzalandırıb.

Sportfm.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, buna onun Azərbaycan Premyer Liqasının 8-ci turunda "Keşlə" ilə matçdan sonra  hakimə fiziki təsir göstərməyə cəhd etməsi səbəb olub. Futbolçuya verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edildiyi və 3 ay sınaq müddəti verildiyi vurğulanıb. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsinin qüvvəyə minəcəyi qeyd olunub.

Bundan başqa, "Sabah" T.Xəlilzadənin etdiyi hərəkətə görə 4 min manat məbləğində cərimələnib.

Oxşar xəbərlər

Abasovun cəzası yüngülləşdirildi - QƏRAR
AFFA "Səbail"in qapıçısına 3 oyunluq cəza verdi
“Qarabağ”ın futbolçusuna pul cəzası
Cavid Hüseynov yenə cəzalandı
AFFA Ruslanı vuran Monrozu cəzalandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər