Abasovun cəzası yüngülləşdirildi -QƏRAR
AFFA İntizam Komitəsinin "Sumqayıt"ın baş məşqçisi Samir Abasova verdiyi 5 oyunluq cəza dəyişdirilib.
Sportfm.az xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalının verdiyi qərarda bununla bağlı qeyd edilib:
Baş məşqçiyə verilən 5 oyunluq kənarlaşdırma cəzası cəzanın 3 oyunu şərti tətbiq edilməklə 5 oyunluq kənarlaşdırma cəzası ilə əvəz edilsin. Sınaq müddəti qərarın qəbul edildiyi tarixdən etibarən 3 (üç) ay müddətinə təyin edilsin. Baş məşqçi sınaq müddəti ərzində yenidən İntizam Məcəlləsi ilə müəyyən olunan hər hansı bir pozuntuya yol verdiyi halda həmin pozuntuya görə cəza təyin olunarkən 3 oyunluq kənarlaşdırma cəzası da tətbiq olunmalıdır.
"Sumqayıt" barəsində verilən 4000 (dörd min) AZN məbləğində cərimə cəzası qüvvədə qalsın.
Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
Oxşar xəbərlər
“Zirə”nin şikayəti təmin edildi - Qərar
“Mingəçevir”in şikayəti təmin edilmədi
AFFA "Qəbələ"nin şikayətini təmin etdi
AFFA "Sabah"ı razı saldı
AFFA "Sumqayıt"ın şikayətini təmin etdi - Qərar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası