Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cavid Hüseynov yenə cəzalandı
Sportfm.az xəbər verir ki, Premyer Liqanın XVI turunun “Qəbələ” – “Zirə” matçında baş verənlər İntizam Komitəsi tərəfindən geniş müzakirə olunub. İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edib:
“Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub (maddə 40).
“Qəbələ” klubunun 8 №-li futbolçusu Qismət Alıyev, 14 №-li futbolçusu Cavid Hüseynov, “Zirə” klubunun 43 №-li futbolçusu Riçard Qadze, 7 №-li futbolçusu Sadio Tounkara aqressiv hərəkətlərə yol veriblər. Bu səbəbdən futbolçular 2 oyun cəzalanır, hər iki klub 3200 manat cərimə olunub (maddə 42.1).
“Zirə” klubunun baş məşqçisi Ayxan Abbasov stadionun dəhlizində təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunub (maddə 42.4). Baş məşqçiyə verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək (maddə 33).
“Qəbələ” klubu təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə 4000 manat cərimə olunub (maddə 50). Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaqdır.
“Qəbələ” klubunun məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır, klub 800 manat cərimə olunub (maddə 62)
“Qəbələ” klubunun məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır, klub 800 manat cərimə olunub (maddə 62)
Oxşar xəbərlər
AFFA İntizam Komitəsinin qərarları - Diniyevə ağır cəza
İntizam Komitəsinin qərarları - AFFA
AFFA Mahmud Qurbanovu cəzalandırdı, "Neftçi" 4 min manat cərimə edildi
Rəşad azarkeşləri təhqir etdiyinə görə cərimə ödəyəcək - FOTO
Təhqiredici pankartlar "Qəbələ"ni ziyana saldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası