AFFA "Səbail"in qapıçısına 3 oyunluq cəza verdi
AFFA İntizam Komitəsi "Səbail" klubunun qapıçısı Aleksandr Rıbkanı 3 oyunluq cəzalandırıb.
Sportfm.az xəbər verir ki, buna səbəb 32 yaşlı qolkiperin XXIV turda "Neftçi" ilə matçda sarı vərəqə aldıqdan sonra təhqiredici ifadələr işlətməsidir. Ukraynalı oyunçunun klubuna isə 1600 manat məbləğində cərimə kəsilib. Rıbkaya verilən 3 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilib və 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində o, yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.
Bu görüşdə həmçinin "Neftçi"nin 4 oyunçusu sarı vərəqə ilə cəzalanıb. Bununla əlaqədar flaqman 800 manat məbləğində cərimələnib.
"Keşlə" ilə səfər oyununda "Qəbələ"nin məşqçisi Elmar Baxşıyev hakimə qarşı kəskin etiraz etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. İntizam Komitəsi Baxşıyevə bir matçlıq cəza verib və klubunu 800 manat cəriməyə məruz qoyub.
Bu matçın gedişində “Qəbələ” klubunun üzvü Stiven Jozef Monrozun yol verdiyi hərəkətlə bağlı “Qəbələ” klubunun nümayəndəsi İntizam Komitəsinin iclasına dəvət olunub, məsələ ilə bağlı tərbiyəvi işin aparılması barədə tövsiyə verilib.
Qeyd edək ki, "Səbail" - "Neftçi" matçı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. "Qəbələ" isə "Keşlə"ni məğlub edib - 2:1.
Oxşar xəbərlər
AFFA klubları cəzalandırdı
AFFA Mahmud Qurbanovu cəzalandırdı, "Neftçi" 4 min manat cərimə edildi
Təmkin Xəlilzadənin cəzası açıqlandı - sınaq müddəti verildi
Cavid Hüseynov yenə cəzalandı
AFFA Ruslanı vuran Monrozu cəzalandırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası