Matç yarımçıq dayandı -irqçiliyə görə
İngiltərə kubokunda 4-cü seçmə mərhələnin "Haringi Boro" - "Yovil Taun" matçı azarkeşlərin hərəkəti üzündən yarımçıq dayandırılıb.
Sportfm.az xəbər verir ki, 64-cü dəqiqədə qonaqlar 1:0 hesabı ilə öndə olduqları vaxt meydan sahiblərinin Kamerun əsilli qaradərili qapıçısı Valeri Duqlas Payetat öz ünvanına gəlmə fanatların rasist şüarlarını eşidib. Bunun cavabında Peyetatın komandası meydanı tərk edib. Nəticədə matç ləğv olunub.
Sonradan futbolçular geri qayıdaraq əl sıxıblar və azarkeşlərə minnətdarlıqlarını bildiriblər. "Haringi Boro"nun baş məşqçisi Tom Loyzu meydandan çıxmaq barədə qərarı özünün verdiyini açıqlayıb. Onun sözlərinə görə, fanatları sakitləşməyə və qaydalara əməl etməyə çağırışları bəhrəsini verməyib.
Qeyd edək ki, daha əvvəl iqrçilik təqdirində meydanı tərk edəcəklərini İngiltərə millisinin futbolçuları bildirib.(qol.az)
Oxşar xəbərlər
"Fənərbaxça"ya ağır cəza - QƏRAR
Braziliya - Argentina oyunu ilə bağlı qərar ləğv edildi
Uduzan komanda meydanı tərk etdi - Azərbaycanda
"Neftçi"nin qapıçısının halı pisləşdi - Meydanı xərəkdə tərk etdi
Qapıçı küsüb meydandan qaçdı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu















Misli Premyer Liqası