reklam
Braziliya - Argentina oyunu ilə bağlı qərar ləğv edildi
Sportfm.az xəbər saytı

Braziliya - Argentina oyunu ilə bağlı qərar ləğv edildi


FIFA Braziliya və Argentina yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu ilə bağlı əvvəlki qərarını ləğv edib.

Sportfm.az xəbər verir ki, yarımçıq dayandırılmış görüş yenidən keçirilməyəcək.

Həmçinin, AFF 150 min İsveçrə frankı məbləğində cərimələnib. Məbləğin bir hissəsi koronavirus pandemiyası ilə mübarizəyə dəstək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına köçürüləcək.

Qeyd edək ki, Braziliya - Argentina oyunu start fitindən cəmi 4 dəqiqə sonra dayandırılıb və qonaqlar meydanı tərk ediblər. Bu, meydana yerli polis və miqrasiya xidməti əməkdaşlarının daxil olmasından sonra olub. Onlar Emiliano Martines, Emiliano Buendia, Lo Çelso və Kristian Romeronu deportasiya etmək istəyiblər. Həmin futbolçular 10 günlük karantinə əməl etmədən Braziliyaya daxil olublar.

Oxşar xəbərlər

2022-ci ilin rəmzi komandası - SİYAHI
Millinin 4 futbolçusu diskvalifikasiya edildi - Koronavirus qaydalarını pozdular
FİFA 8 brazilyalı oyunçuya qadağa qoydu - Karantin
FIFA-dan açıqlama - Braziliya - Argentina matçı ilə bağlı
Braziliya – Argentina oyunu yarımçıq dayandırıldı - Qalmaqal

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər