reklam
Sportfm.az xəbər saytı

"Fənərbaxça"ya ağır cəza -QƏRAR


Türkiyə Superkubokunun "Qalatasaray"la matçının 2-ci dəqiqəsində meydanı tərk edən "Fənərbaxça" ilə bağlı qərar verilib.

Sportfm.az xəbər verir ki, İntizam Komitəsi komandaya 0:3 hesablı texniki məğlubiyyət verib. Bundan başqa, "Fənərbaxça" 4 milyon lirə (təqribən 210 min manat) məbləğində cərimə olunub.
Eyni zamanda, klubun idarə heyətinin üzvü, komandanı meydanı tərk etməsinin əsas təşəbbüskarı Ahmet Ketençi 520 min lirə (təqribən 27 min manat) cərimələnib.

Xatırladaq ki, Türkiyə Superkuboku matçının 1-ci dəqiqəsində "Qalatasaray" hesabı açıb və 2-ci dəqiqədə meydana U-19 komandası ilə çıxan "Fənərbaxça" meydanı tərk edib. "Fənərbaxça" Türkiyə Futbol Federasiyasına etiraz məqsədilə meydandan çəkilib

Oxşar xəbərlər

"Fənərbaxça" müdafiəçisi ilə yollarını ayırdı
Bu gün derbi var - “Qalatasaray” - “Fənərbaxça”
Final baş tutmadı - Oyunçular stadionu tərk etdi
"Qalatasaray" və "Fənərbaxça" Bakıya gəlir
İstanbul derbisindən qol səsi çıxmadı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər