reklam
Karlsen 100 görüşdə məğlub olmayan rekordçunu geridə qoyacaq
Sportfm.az xəbər saytı

Karlsen 100 görüşdə məğlub olmayan rekordçunu geridə qoyacaq


Şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen rekorda imza ata bilər.

Sportfm.az xəbər verir ki, norveçli qrossmeyster klassik şahmatda məğlubiyyətsiz seriyaya görə liderliyə yüksəlməyə yaxındır. 29 yaşlı şahmatçı Men adasında keçirilən turnirin V turunda hindistanlı Surya Şexar Qanqulini məğlub etməklə, seriyanı 95 partiyaya çatdırıb.

Rekord sahibi çinli Dinq Lirendir. Dünya Kubokunun finalında Teymur Rəcəbova uduzan qrossmeyster ardıcıl 100 görüşdə məğlub olmayıb. Onun seriyası 10 avqust 2017-ci ildən 10 noyabr 2018-dək davam edib. Liren 101-ci partiyada fransalı Maksim Vaşye-Laqravla bacarmayıb.

Qeyd edək ki, Men adasında İsveçrə sistemi ilə keçirilən və Azərbaycan şahmatçılarından heç birinin qatılmadığı yarışın qalibi 2020-ci ildə baş tutacaq İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Rəcəbov Dünya Kubokunda finala çıxmaqla bu hüquqa yiyələnib.

Oxşar xəbərlər

Məmmədyarov və Rəcəbov qələbə qazandı - Norway Chess
Nakamura superturnirin finalında - Onu gərgin oyun gözləyir
Bu gün iddiaçılar turniri start götürəcək
İddiaçılar Turnirinin keçiriləcəyi şəhər müəyyənləşdi
Teymur Rəcəbovun rəqibi müəyyənləşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər