reklam
Bu gün iddiaçılar turniri start götürəcək
Sportfm.az xəbər saytı

Bu gün iddiaçılar turniri start götürəcək


Rusiyanın Yekaterinburq şəhərində dünya şahmat tacı uğrunda norveçli çempion Maqnus Karlsen ilə qarşılaşacaq idmançını müəyyənləşdirəcək iddiaçılar turnirinə martın 17-də start veriləcək.

Sportfm.az xəbər verir ki, səkkiz şahmatçının mübarizə apardığı turnirin birinci turunda fransalı Maksim Vaşe-Laqrav amerikalı Fabiano Karuana, çinli Liren Dinq həmyerlisi Hao Yanq, rusiyalı Aleksandr Qrişuk həmvətəni Kiril Alekseyenko, daha bir rusiyalı Yan Nepomnyaşi isə Niderland təmsilçisi Aniş Giri ilə mübarizə qarşılaşacaqlar.

Ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin tarixə salınması barədə təklifi FIDE tərəfindən qəbul edilmədiyindən o, iştirakdan imtina edib.

Oxşar xəbərlər

Teymur Rəcəbov mübarizəyə başlayır - İddiaçılar turniri
İddiaçılar turniri yarımçıq dayandırıldı
İddiaçılar turniri başa çatacaqmı? - Qrişuk inanmır
İddiaçılar Turniri azarkeşsiz keçiriləcək
İddiaçılar Turnirinin keçiriləcəyi şəhər müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər