Nakamura superturnirin finalında -Onu gərgin oyun gözləyir
Mayın 3-də şahmat üzrə onlayn superturnirdə final mübarizəsi başlayır.
Sportfm.az xəbər verir ki, finalda dünya çempionu Maqnus Karlsen amerikalı şahmatçı Hikaru Nakamura ilə mübarizə aparacaq.
Xatırladaq ki, M.Karlsenin dəvəti ilə keçirilən onlayn superturnirə 8 idmançı qatılıb. Turnirdə qrup mərhələsini H.Nakamura və çinli Liren Dinq hərəyə 15, M.Karlsen və F.Karuana hərəyə 13, rusiyalı Yan Nepomnyaşi 8, niderlandlı Aniş Giri, FIDE təmsilçisi Əlirza Firuzca hərəyə 7, fransalı Maksim Vaşe-Laqrav 6 xalla başa vurublar.
İlk dörd yerdə qərarlaşan şahmatçılar yarımfinala vəsiqə qazanıblar. Yarımfinal mübarizəsində M.Karlsen çinli Liren Dinq, H.Nakamura həmyerlisi Fabiano Karuana üzərində qələbəsi sayəsində finala adlayıblar.
Oxşar xəbərlər
Özü çağırıb, özü liderlik edir
"Şah" rusiyalını ABŞ-da mat etməyə çalışacaq
Şəhriyar Məmmədyarov heç-heçə etdi
Şəhriyar Məmmədyarovun növbəti rəqibi Fabiano Karuana olacaq
“Grand Chess Tour 2019”: Məmmədyarov Maqnus Karlsen ilə qarşılaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası