"Xalımızı geri qaytarın" -Azarkeşlər aksiya keçirdi - FOTO
Bu gün bir qrup azərbaycanlı azarkeş Bakıda Niderland səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib.
Sportfm.az xəbər verir ki, onlar ötən gün Azərbaycan milli komandasının AÇ-2020-nin seçmə mərhələsində Macarıstana hollandiyalı hakim Dennis Yohan Hiqlerin yanlış qərarı ilə uduzmasına etiraz edib. Fanatlar "Azərbaycan, Azərbaycan" şüarı səsləndirib, pankartlar açıblar. Azarkeşlər bildirib ki, Azərbaycana qarşı olan ədalətsizlik hamımıza qarşı olan ədalətsizlikdir.
Pankartlarda "Xalımızı geri qaytar", "Futbol siyasət deyil", "Qolu vermədiyiniz üçün, "çox sağ ol", "Niderland pendirinə hə, niderland hakiminə yox", "Ədalətsiz qərar" yazılıb.
Niderland səfirliyi etiraza reaksiya verməyib (futbolpress.az).




Oxşar xəbərlər
Fransa İrlandiyaya, Niderland Yunanıstana qarşı - AVRO-2024
Niderland Uelsə, Ukrayna İrlandiyaya qarşı - Millətlər Liqası
Rusiyaya qarşı oynamaqdan imtina etdilər
Voleybolçularımız Niderland qarşısında varlıq göstərə bilmədi
Hollandiya adından imtina edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası