reklam
Rusiyaya qarşı oynamaqdan imtina etdilər
Sportfm.az xəbər saytı

Rusiyaya qarşı oynamaqdan imtina etdilər


İtaliya, Niderland və İslandiya yığmaları basketbol üzrə Dünya Kubokunun seçmə mərhələsində Rusiyaya qarşı oyunlara çıxmaqdan imtina edib. 

Sportfm.az əbər verir ki, bu addım Avropanın digər ölkələrinin qərarından və yerli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqonun açıqlamasından sonra atılıb.

Qərara alınıb ki, 2023-cü il Dünya Kubokunun I təsnifat mərhələsində 1 iyula planlaşdırılan beşinci matç oynanılmasın. Analoji qərarı H kvartetində çıxış edən Niderland və İslandiya da qəbul edib. 

Martın 1-də Beynəlxalq Basketbol Federasiyası (FIBA) Rusiya komandaları və klublarını yarışlardan kənarlaşdırıb. Martın 25-də FIBA Mərkəzi Şurasının iclasında qüvvədə olan tədbirlərin mayın ortalarınadək saxlanılması təsdiqlənib. Həmin vaxtadək Ukraynadakı vəziyyətə yenidən qiymət veriləcək və müvafiq qərar çıxarılacaq. 

Qeyd edək ki, turnir cədvəlində birinci yeri 3 oyundan 6 xalla Rusiya tutur. 4 oyundan hərəyə 6 xala malik İtaliya və İslandiya 2-3-cü yerləri bölüşür. Sonuncu pillədə isə 3 oyundan 3 xalı olan Niderland qərarlaşıb.

 

Oxşar xəbərlər

“Sabah” Monteneqro klubuna qarşı - FİBA Avropa Kuboku
Rusiyalı pilot heç kimə lazım deyil - Müqaviləsi ləğv edildi
Albaniya Rusiya ilə oynamaqdan imtina etdi - Millətlər Liqası
Azərbaycandakı federasiyasının prezidenti videokonfransda iştirak etdi - FOTO
Basketbol Federasiyasının yeni prezidenti seçildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər