reklam
Hafiz Hacıyev bu dəfə Ronaldoya ilişdi:
Sportfm.az xəbər saytı

Hafiz Hacıyev bu dəfə Ronaldoya ilişdi:"Onu mərasim zalının kandarına yaxın buraxmaram"


Ronaldo mükafatlandırılma mərasiminə qatılmamaqla düz etməyib. Şəxsən bir futbol azarkeşi kimi onun Messinin qalib olduğu mükafatlandırma mərasiminə qatılmaması mənə çox pis təsir etdi. Onun etdiyi xudpəsəndlikdir.

 

Sportfm.az xəbər verir ki, bunu oxu.az-a siyasətçi Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

İki gün əvvəl İtaliyanın Milan şəhərində futbolda ilin ən yaxşıları açıqlanıb. FIFA tərəfindən milli komandaların baş məşqçiləri, kapitanları, jurnalistlər və azarkeşlər arasında aparılmış sorğuya əsasən argentinalı Lionel Messi altıncı dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.

II yeri UEFA tərəfindən Avropanın ən yaxşısı seçilmiş hollandiyalı mərkəz müdafiəçisi Vircil van Deyk, III pilləni isə əvvəl beş dəfə dünyanın ən yaxşısı olmuş portuqaliyalı Kriştianu Ronaldu tutub.

Hafiz Hacıyev Ronaldunun hərəkətlərini özündənrazılıq adlandırıb:

“Dünya dağılmayıb ki. Messi seçilib-seçilib də. Sən axı hansı haqla mərasimə qatılmırsan? Şəxsən mən təşkilatçıların yerində olsam, bir də onu mərasim zalının kandarına yaxın buraxmaram.

Səsvermədə də baxıram ki, Messi Ronalduya səs verib. Amma bu Ronaldu Messini heç üçüncü yerə də layiq görməyib. Bilirsiniz, sən yaxşı futbolçu ola bilərsən, sən ayağına hamını qatıb keçə bilərsən, amma adam olmaq lazımdır, adam”.

Oxşar xəbərlər

Ronaldo səs vermədi, Messi ən yaxşı oldu
FIFA ilin ən yaxşı futbolçusunu açıqladı
İlin futbolçusu adına yekun namizəd "üçlüy"ü açıqlandı
FIFA dünyanın ən yaxşı futbolçusunun adını açıqlayacaq
İlin ən yaxşı idmançısı seçildi - Ronaldu və Messini arxada qoydu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər