reklam
FIFA ilin ən yaxşı futbolçusunu açıqladı
Sportfm.az xəbər saytı

FIFA ilin ən yaxşı futbolçusunu açıqladı


FIFA İtaliyanın Milan şəhərində 2019-cu ilin ən yaxşılarını açıqlayıb.

Sportfm.az xəbər verir ki, "The Best" mükafatını “Barselona”nın argentinalı hücumçusu Lionel Messi qazanıb. O, altıncı dəfə ilin ən yaxşısı seçilib. 

32 yaşlı futbolçu "Yuventus"da çıxış edən Kriştiano Ronaldo və “Liverpul”dan Vircil van Daykı qabaqayıb. 

Dünyanın ali futbol qurumu digər mükafatların da sahibini açıqlayıb:

Ən yaxşı kişi oyunçu 

Lionel Messi (“Barselona”, Argentina)

Ən yaxşı qadın oyunçu

Meqan Rapinoy (“Reyqn”, ABŞ)

Ən yaxşı kişi məşqçi

Yurgen Klopp (“Liverpul”, Almaniya)

Ən yaxşı qadın məşqçi

Jill Ellis (ABŞ, ABŞ millisi) 

Ən yaxşı kişi qapıçı

Alisson Beker (“Liverpul”, Braziliya)

Ən yaxşı qadın qapıçı

Sari van Venendal (“Atletiko”, Hollandiya) 

"Ferens Puşkaş" mükafatı

Daniel Zori (Macarıstan) - "Debretsen" - "Ferensvaroş" oyunu (16 fevral 2019). 

Feyr-Pley mükafatı

Marselo Byelsa və onun baş məşqçisi olduğu "Lids Yunayted" (İngiltərə).

Oxşar xəbərlər

Messi, Levandovski və Salah... 3 ən yaxşı
İlin ən yaxşı futbolçusu açıqlanacaq - FİFA
Azərbaycandan FIFA-nın “The Best” mükafatı üçün kimlər səs verdi?
FIFA qalibləri açıqlayacaq
FIFA ilin qalibləri adına namizədləri açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər