reklam
Azərbaycanlı futbolçu İspaniya klubunun hədəfində
Sportfm.az xəbər saytı

Azərbaycanlı futbolçu İspaniya klubunun hədəfində


"Neftçi"nin müdafiəçisi Elvin Sərkərov karyerasını İspaniyada davam etdirə bilər.

Sportfm.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə "San-Sebastyan-de-Los-Reyes" klubu maraqlanır. Komandanın baş məşqçisi Manolo Xesus Kano Elvinin oyunlarını izlədiyini və rəhbərliyi altında görmək istədiyini bildirib.

"San-Sebastyan-de-Los-Reyes" İspaniyanın Sequnda B Liqasında mübarizə aparır və qarşısına Sequndaya yüksəlmək hədəfi qoyulub. Futbolcunun agenti Əbülfəz Hafizoğlu keçmişdə az da olsa, İspaniyada oynayıb.

Sərkərov "Neftçi"nin yetirməsidir. Azərbaycanın U-21 millisinin üzvü ötən mövsüm Latviyanın "Dauqavpils" klubuna icarəyə verilmişdi.

Oxşar xəbərlər

İspaniya klubu millimizin hücumçusunu istəyir
Paytaxt klubları danışıqlara başladı - Bir müdafiəçi üçün
Gənc futbolçu nəhəng klubların hədəfində - "Ayaks"ın yetirməsi
Qəzada ölən futbolçunun oğlu karyerasını "Real"da davam etdirəcək
Daha bir azərbaycanlı futbolçu legioner həyatı yaşayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər