reklam
Azərbaycan millisi PES 2020-də -
Sportfm.az xəbər saytı

Azərbaycan millisi PES 2020-də -FOTO


Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Konami Digital Entertainment Co., Ltd. şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Sportfm.az AFFA-nın saytına istinadən xəbər verir ki, müqaviləyə uyğun olaraq, eFootball PES 2020 konsol oyununda futbol üzrə Azərbaycan milli komandasının əqli mülkiyyətindən (komanda adı, loqo, oyun forması və s.) istifadə hüquqları verilib. Azərbaycan milli komandası eFootball PES seriyasında olacaq və müqavilə 2019-2020-ci il futbol mövsümünü əhatə edəcək. 

AÇ-2020-nin Bakıda keçiriləcək oyunlarının təbliğatı və kubok turu çərçivəsində eFootball üzrə müxtəlif turnirlərin keçirilməsi nəzərdə tutulub. Həmçinin, üzvləri futbol azarkeşləri arasından seçiləcək Azərbaycan komandası UEFA eEURO-2020 çempionatında iştirak edəcək.

Oxşar xəbərlər

Karate Federasiyaları Assosiasiyası İctimai Birliyinin adı dəyişdirildi
AFFA Avropa Çempionatı ilə bağlı razılıq verdi
AFFA UEFA-ya təsdiq göndərdi - AVRO-2020 ilə bağlı
Bakıda kompüter oyunları üzrə seçmə mərhələ yarışı baş tutdu - FOTO
"Barselona" yeni komanda yaradır!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər