Bakıda kompüter oyunları üzrə seçmə mərhələ yarışı baş tutdu - FOTO
Bakıda kompüter oyunları üzrə 11-ci Dünya çempionatının Milli seçmə mərhələsi keçirilib.
Sportfm.az xəbər verir ki, tədbir Azərbaycan Kiber İdman Federasiyası və Gənclər və idman nazirliyi tərəfindən təşkil edilib. Turnirin təşkilati dəstəyi Gaming League of Azerbaijan (GLA) tərəfindən olub. Seçmə mərhələsi çərçivəsində bir komanda (DOTA 2) və iki fərdi (Tekken 7 və eFootball PES 2020) oyun növləri üzrə yarışlar keçirildi. 160-dan çox kiber idmançının iştirak etdiyi Milli Seçmə mərhələsinin qalibləri bunlardır:
DOTA 2
- Fırenation
- Caspian Wizards
- WD
eFootball PES 2020
- Təbriz (Capitan!GarFio) Mahmudov
- Nicat (Sharifov10) Şərifov
- Orxan (Joseph) Yusifli
Tekken 7
- Çingiz (Blaze) Karqin
- Elnur (MishimaAZE) Niyazov
- Vaqif (Monk) Nuriyev
Beynəlxalq Kiber İdman Federasiyasının idarə heyətinin üzvü, Azərbaycan Kiber İdman Federasiyasının prezidenti Ramil Əliyev qeyd etdiyi kimi, Milli seçmə mərhələsinin qalibləri, 11-15 dekabr tarixlərində Seul şəhərində (Cənubi Koreya) keçiriləcək kompüter oyunları üzrə 11-ci Dünya Çempionatında Azərbaycanı təmsil etmək hüququnu qazandı.
Qeyd edək ki, IESF 54 milli federasiyanı birləşdirən ən böyük kiber idman təşkilatıdır. Xatırladırıq ki, kompüter oyunları üzrə 6-cı Dünya Çempionatı 2014-cü ildə Bakıda keçirilmişdir.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |