AFFA UEFA-ya təsdiq göndərdi -AVRO-2020 ilə bağlı
UEFA İcraiyyə Komitəsinin bu il martın 17-də keçirilmiş iclasında COVID-19 pandemiyası ilə əlaqədar AVRO-2020 turnirinin 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib.
Sportfm.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) AVRO-2020-nin 4 müvafiq oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını artıq UEFA-ya bildirib. Məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlər isə aprelin 30-dək UEFA-ya göndəriləcək.
Xatırladaq ki, Bakı Olimpiya Stadionunda AVRO-2020-nin A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin isə 1 qarşılaşması keçiriləcək. A qrupunun Bakıda təşkil olunacaq oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq.
Oxşar xəbərlər
AFFA-dan açıqlama - AVRO-2020
AVRO-2020-yə ev sahiblik edəcək şəhərlərlə bağlı açıqlama
AFFA Avropa Çempionatı ilə bağlı razılıq verdi
Final mərhələsinin püşkü Buxarestdə atılacaq
Avro-2020: Bakıda keçiriləcək oyunların tarixi açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin