reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" "Dundalk" səddini də adladı


"Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Sportfm.az xəbər verir ki, Ağdam klubu "Dalğa Arena"da İrlandiya çempionu "Dundalk"ı qəbul edəcək. Görüş saat 21:00-da start götürəcək.
Dublindəki ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan Qurban Qurbanovun komandası ev qarşılaşmasında qələbə qazanıb, 3-cü təsnifat mərhələsinə yüksəlmək niyyətindədir. "Qarabağ" bunu bacarsa, növbəti raundda Kiprin APOEL klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, məğlub olan komanda Avropa Liqasının 3-cü təsnifat mərhələsində Çexiyanın "Slovan" klubu ilə qarşılaşacaq.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi

Cavab oyunu

31 iyul

21:00. "Qarabağ" (Azərbaycan) - "Dundalk" (İrlandiya) - 3:0 
Qollar: 
Xayme Romero, 12, Ailton Silva, 76, Xayme Romero, 87 
Baş hakim: Sveyn Moen
İlk oyun - 1:1
Bakı, "Dalğa Arena" stadionu

 

 

 

Oxşar xəbərlər

Romero ad günündə dubl etdi
"Qarabağ" irlandları keçəcək, "Neftçi" ruslara məğlub olacaq - PROQNOZ
"Qarabağ" cavab oyununa çıxır - Çempionlar Liqası
"Dundalk" Bakıya qələbə ilə gəlir
"Dundalk"ın oyunu təxirə salındı - "Qarabağ"a görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər