reklam
Sportfm.az xəbər saytı

"Dundalk" Bakıya qələbə ilə gəlir


"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Dundalk" İrlandiya çempionatında növbəti oyununu keçirib.

Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi 27-ci turda "Sent Patrik`s Atletik" klubu ilə üz-üzə gəlib. Görüşün taleyini 1 qol həll edib. Qonaqlar 51-ci dəqiqədə Con Mauntninin vurduğu qolla 3 xal qazanıblar.

Bu qələbədən sonra xallarının sayını 59-a çatdıran "Dundalk" turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, "Qarabağ"la "Dundalk" arasında cavab oyunu iyulun 31-də "Dalğa Arena"da keçiriləcək və yerli vaxtla 21:00-da başlayacaq. Dublindəki ilk matçda qalib müəyyənləşməyib - 1:1.

Oxşar xəbərlər

"Qarabağ" "Dundalk" səddini də adladı
"Qarabağ" cavab oyununa çıxır - Çempionlar Liqası
"Qarabağ"a görə iki oyunu təxirə saldılar
"Qarabağ"ın zədəli futbolçusu sağaldı
"Dundalk"ın oyunu təxirə salındı - "Qarabağ"a görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər