reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" cavab oyununa çıxır -Çempionlar Liqası


"Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Sportfm.az xəbər verir ki, Ağdam klubu "Dalğa Arena"da İrlandiya çempionu "Dundalk"ı qəbul edəcək. Görüş yerli vaxtla saat 21:00-da start götürəcək.

Dublindəki ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan Qurban Qurbanovun komandası ev qarşılaşmasında qələbə qazanıb, 3-cü təsnifat mərhələsinə yüksəlmək niyyətindədir. "Qarabağ" bunu bacarsa, növbəti raundda Kiprin APOEL klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, məğlub olan komanda mübarizəni Avropa Liqasında davam etdirəcək.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi

Cavab oyunu
31 iyul
21:00. "Qarabağ" (Azərbaycan) - "Dundalk" (İrlandiya)
Baş hakim: Sveyn Moen
İlk oyun - 1:1
Bakı, "Dalğa Arena" stadionu

Oxşar xəbərlər

"Qarabağ" "Dundalk" səddini də adladı
"Qarabağ" irlandları keçəcək, "Neftçi" ruslara məğlub olacaq - PROQNOZ
"Qarabağ"a görə iki oyunu təxirə saldılar
"Dundalk" Bakıya qələbə ilə gəlir
"Dundalk"ın oyunu təxirə salındı - "Qarabağ"a görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər