Cüdoçumuz yarımfinala yüksəldi
Azərbaycan cüdoçusu Hüseyn Məmmədov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) yarımfinala yüksəlib.
Sportfm.az xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı ilk iki cəhdində ardıcıl olaraq Almaniya və Yunanıstan təmsilçilərini məğlubiyyətə uğradıb. Məmmədov finala gedən yolda Rumıniyalı Alin Baqrinin müqavimətini qırmağa çalışacaq.
90 kq-da çıxış edən Ruslan Nəsirli ilk görüşdə Bolqarıstan idmançısına uduzaraq çıxışını başa vurub. 81 kq-dakı Məhərrəm İmamverdiyev ilk cəhddə rumıniyalı həmkarını sıradan çıxarıb. Daha sonra o, Ukrayna təmsilçisinə uduzaraq təsəlliverici görüşlərdə iştirak hüququ qazanıb.
Qadın cüdoçu Nərmin Əmirli Yael hollandiyalı Van Hemstlə bacarmayıb. 70 kq-da mübarizə aparan idmançı təsəlliverici görüşlərə qatılacaq.
Qeyd edək ki, Azərbaycan cüdoçuları əvvəlki iki gündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər.
Oxşar xəbərlər
Cüdoçumuzlarımız yarımfinalda - Avropa kuboku
Güləşçimiz yarımfinala yüksəldi - Fərdi Dünya Kuboku
EYOF-un qalibi dünya çempionatında finala yüksəldi
Cüdoçumuz qızıl medal qazandı - FOTO
Güləşçimiz dünya çempionatının yarımfinalına vəsiqə qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Birbaşa Bakı” mübarizəni dayandırdı - Çempionlar Liqası
-
Azərbaycan Qran-Prisində 2-ci gün başladı
-
Hakimimiz FİDE-nin xüsusi mükafatına layiq görüldü
-
“Xankəndi” baş məşqçisi ilə yollarını ayırdı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Azərbaycan boksçusundan gümüş medal - Avropa çempionatı















Misli Premyer Liqası