EYOF-un qalibi dünya çempionatında finala yüksəldi
Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə güləşçilər arasında dünya çempionatında finala yüksəlib.
Sportfm.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı ardıcıl olaraq Türkiyə, İran, Yaponiya və Gürcüstan təmsilçilərini məğlub edib. Hacıyev finalda rusiyalı Batırbek Tsxovrebovlə üz-üzə gələcək.
48 kq-da yarışan Cavid Cavadov 1/4 finalda məğlub olub və rəqibi finala çıxdığı üçün təsəlliverici görüşlərə qatılacaq. Bu gün mübarizəyə qoşulan Zirəddin Bayramov (55 kq), Fərid Cabbarov (80 kq) və Hamlet Nəsibli (110 kq) mübarizəni başa vurublar.
Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları sabah keçiriləcək. Cəbrayıl Hacıyev Bakıda keçirilmiş Avropa Gənclər Yay Olimpiya Festivalının da (EYOF) qalibi olub. Güləşçi finalda məhz Rusiya təmsilçisi Batırbek Tsxovrebova qalib gəlib.
Oxşar xəbərlər
Güləşçilərimiz finala yüksəldi - Avropa çempionatı
Güləşçilərimizin finalda rəqibləri açıqlandı - Xatirə turniri
Cəbrayıl güləş üzrə dünya çempionu oldu
İki güləşçimiz yarımfinalda
Qadın güləşçimiz Avropa çempionatında finala yüksəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası