reklam
Cüdoçumuz qızıl medal qazandı -
Sportfm.az xəbər saytı

Cüdoçumuz qızıl medal qazandı -FOTO


Azərbaycan cüdoçusu Hüseyn Məmmədov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünə çıxıb.

Sportfm.az xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı həlledici dueldə rusiyalı Axmed Maqomadovla üz-üzə gəlib. Cərimə xalları hesabına rəqibinə qalib gələn Məmmədov qızıl medal qazanıb.

81 kq-dakı Məhərrəm İmamverdiyev isə bürünc medal əldə edib. O, üçüncü yer uğrunda dueldə israilli İftaç Badaşdan güclü olub.

Qeyd edək ki, Azərbaycan cüdoçuları əvvəlki iki gündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər. Beləliklə, çüdoçular fərdi mübarizədə EYOF-u 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.

İyulun 27-də cüdo idman növündə komanda yarışları baş tutacaq. 

Oxşar xəbərlər

İlk gündə 3 medal - Böyük Dəbilqə
Türkiyə medal sıralamasında Azərbaycanı ötdü
XV Avropa Gənclər Yay Olimpiya Festivalına yekun vurulacaq
Cüdoçumuz yarımfinala yüksəldi
Daha bir güləşçimiz medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər