reklam
Sportfm.az xəbər saytı

"Klubların əksəriyyəti peşəkar səviyyədə çalışmırlar"...U-17 yığmamızın baş məşqçisindən ittiham


Bir neçə gün öncə U-17 yığmamızın heyəti açıqlandı. Ancaq heyətə nəzər salanda acı bir mənzərə ilə üz-üzə qaldıq. Əslində acı da deyil, öyrəncəliyik bu hallara. Məsələ ondadı ki, yenə "ənənəsini" pozmayan AFFA əcnəbi futbolçuların komandaya doldurulmasına şərait yaradıb. Axı niyə? Nəyə lazımdı U-17-yə bu qədər əcnəbinin yığılması? Göz görə-görə Elxan Məmmədovun məhvə sürüklədiyi yığmamızın halı acınacaqlıdı. Məgər bu futbolçular komandanı hara qədər daşıya bilərlər? Aydın məsələdi ki, onsuz da onların böyük hissəsi sona qədər yığmaya xidmət edən deyil. Oynayacaqlar, bir az böyüyəcəklər, əsas yığma yaşına çatanda yenə Elxan Məmmədov gedib Almaniyadan, Rusiyadan Eddi İsrafilov, Emin Mahmudov, Ramil Şeydayev kimilərinə fantastik məbləğdə pul verib, gətirib otuzduracaq beşulduzlu otellərin birində.  Belədə həm onların yolu bağlanacaq, həm də bizim yerli futbolçuların qarşısındakı "qırmızı işıq" sönməyəcək. Axı hamısını görə-görə gəlmişik. Çünki onların başqa ideyaları yxdu, iflasa uğrayıb, tükəniblər. Qısası həmin o boz binada oturanlar bir tərəfdən "inkişaf", "inkişaf" deyib qulaqlrımızı doldurmağa, bacarıqszlıqlarını ört-basdır etməyə çalışır, digər tərəfdən əcnəbiləri gətirib doldururlar komandaya. Özü də U-17-yə. Niyə? Nə üçün? Əslində mövzu ilə bağlı suallar kifayət qədərdi. Buna isə komanda üçün məsuliyyət daşıyanlardan cavab almaq lazımdı.

Bu üzdən Sport7.az olaraq U-17-nin baş məşqçisi Vüqar Məmmədlə danışmağı lazım bildik.

- Vüqar bəy, U-17-nin heyətinin yarısından çoxu əcnəbidi. Bilmək istəyirdik, bunları komandaya hardan və niyə gətirmisiz, Azərbaycanda futbolçu yoxdu?
- Bu futbolçuların oyununa təlim-məşq toplanışlarında şəxsən baxmışam. Hazırda Azərbaycan çempionatında oynayan futbolçular  onlar səviyyəsində deyil. Yəni əksəriyyətinin səviyyəsi milliyə layiq deyil. Heyətə dəvət etdiklərimiz liqalarda özlərindən 1 yaş böyüklərlə oynayırlar. Yəni U-17 deyil, U-19 liqasında çıxış edirlər. Baxıb bəyəndiyim, tanıdığım oyunçuları dəvət etmişəm, hansı ki, onların yığmaya kifayət qədər köməyi dəyəcək. 

- Bir tərəfdən inkişafdan danışırıq, digər tərəfdən əcnəbi futbolçuları komandaya doldururlar. Olmaz ki, yerli futbolçuları dəvət edəsiz?
- Sizinlə razıyam, inkişaf istəyiriksə yığmamıza getdikcə azərbaycanlı futbolçuları toplamaq lazımdı. Düzdü, aşağı yaş qruplarında doğurdan da potensiallı futbolçular var. Amma bildiyiniz kimi qrupumuzda İngiltərə, Avstriya və Rumıniya var. Əcnəbiləri gətirmişəm ki, bu rəqiblərə böyük hesabla uduzmayaq. İstəyirik ki, həmin potensiallı futbolçularımız gəlmələrin fonunda daha da inkişaf etsinlər. Bu addımı düşünüb atmışıq. Bugünlükdü, mən də razıyam, gələcəkdə heyətdə yerlilərin sayını artırmaq lazımdı. 

- Deyirsiz ki, böyük hesabla uduzmamaq üçün bu əcnəbiləri gətirmisiz. Belə komandalara böyük hesabla məğlub olmayan futbolçuları özümüz yetişdirə bilmərik?
- Ölkədəki durumu bilirsiz. Bir neçəsini çıxmaq şərtilə, klubların əksəriyyəti peşəkar səviyyədə çalışmırlar. Mən 6 ilə yaxındı komandadayam, hamısını izləyirəm, görürəm. Bəzi komandalarda milliyə layiq olan futbolçular var. Fikrimcə indi iki-üç əcnəbi futbolçu dəvət etmək olar ki, böyük hesabla uduzub psixoloji prolemlərlə üzləşməyək. 

- Əsas yığmaya bir neçə əcnəbi futbolçunun dəvət edilməsini hardasa anlamaq olar. Amma U-17-yə, aşağı yaş qruplarından ibarət komandalara bu qədər əcnəbi yığmaq nəyə lazımdı?
- Dediyim kimi, müvəqqətidi. Yavaş-yavaş azaltmaq lazımdı. 

- Hələ illər öncə Bernard Lipperti Azərbaycana dəvət edəndə qarşısına məqsəd qoyulmuşdu ki, yerli futbolçuları inkişaf etdirsin. Amma ortada heç nə yoxdu. Bu illər ərzində 11 nəfər milli səviyyəsində azərbaycanlı futbolçu tapmaq mümkün olmadı?
- Bu sualı AFFA rəhbərliyinə versəz daha yaxşı olar. Amma Lippert futbolçu yetişdirməməlidi. Bu klublardan asılıdı. Yığma klubdan formalaşır. Klublarda peşəkar şəkildə iş getməlidi. 

- Axı Almaniya kimi ölkədən onu mütəxəssis adı ilə dəvət ediblər ki, klublara inkişafın yollarını öyrətsin...
- Bernard Lippert yığmalar üzrə əlaqələndiricidi. Amma biz məşqçi olaraq bütün klublarla sıx əlaqə saxlayırıq. Klub məşqçiləri ilə birlikdə işləməliyik. Ona görə də onların məşqlərini daim izləyirəm. Elə məşqçi yoxdu ki, danışmayım. Telefonla da olsa əlaqə saxlamışam, görüşmüşəm. Təkcə yığmadan söhbət getmir. Məsələn, hansı futbolçuya necə məşqlər keçək lazım olduğu haqda müzakirələr apaırıq. 

- Dediz ki, aşağı yaş qruplarından ibarət komandaların oyunlarını izləyirsiz. Premyer-liqada 8 klub var. Onların da ən azı bir U-17-si, əvəzedicisi filan var. Yəni, bu qədər komandadan 11 nəfər düz-əməlli oynayan futbolçu tapmaq mümükün deyil?
- Belə deyim, bu yaxınlarda "Vətən" - "Rəvan" matçına getmişdim, hesab 13:0 oldu. İndi mən belə hesabla uduzan "Rəvan"dan hansı futbolçunu götürüm? Birmənalı şəkildə yoxdu. O cümlədən "Vətən"də. Yəni, az-çox, kim pespektiv vəd edirsə, onu da yığmaya çağırırıq. "Qəbələ"ni götürək. İstedadlıların əksəriyyəti bu komandaya yığışıb. Keçən təlim-məşq toplanışına "Qəbələ"dən 8-9 nəfər dəvət etmişdim. Demək istəyirəm ki, kim layiqdisə, o da yığmaya dəvət alır. 

- Deməli, belə çıxır ki, Azərbaycanın U-17 yığmasına layiq cəm 7-8 nəfər var...
- Yenə deyirəm, ola bilsin var. Amma bu gün tam hazır olanlar , Rumıniya, İngiltərəyə qarşı oynaya biləcək futbolçular yığmaya dəvət alıb. Onlardan da 12-13 nəfəri yerlidi. Tural Vəlizadə "Fənərbaxça"da, Murad Mahmudov "Leypsiq"də oynayır. Ölkə çempionatında oynayan futbolçuların hamısına baxmışıq.

- Razılaşaq ki, bu illər ərzində xərclənən pullara rəğmən Azərbaycan futbolunun inkişafından danışa bilmərik. Danışanlar isə yalançıdı...
- Əvvəla, bu sual mənə verilməməlidi. İkincisi, hər şey göz qabağındadı. Bu gün Azərbaycan Norveçi udub, 6 xalla ikinci yerdədi. Niyə pullar boş yerlə xərclənir ki? Pis-yaxşı nəticəmiz var. 

- Hansı heyət və göstərici ilə Norveçi məğlub edib yığmamız?
- Bu sualı mənə verməyin. Bir də ki, kim o formanı geyib meydana çıxırsa, deməli, Azərbaycanın futbolçusudu.

- Azərbaycanın himnini, dilini bilməyən biri, necə Azərbaycan futbolçusu ola bilər?
- İnanmıram ki, bilmirlər. Çox sağ olun ki, zəng vurub maraqlanırsız...

- Doğurdan da Azərbaycan futbolunun bu cür problemləri bizi maraqlandırır. U-17-nin heyəti nikbin gələcəkdən xəbər vermir axı?
- Bilirəm, bu problemləri yavaş-yavaş aradan qaldırmağa çalışırıq. Dediyim kimi, bütün azərbaycanlı futbolçuların hamısına baxmışıq. Sadəcə, heyəti tamamlamaq üçün əcnəbiləri dəvət etmişik. Onlar da əsas yığmamıza yavaş-yavaş öyrəşəcəklər. 

- Əcnəbiləri gətirməyi AFFA tapşırıb? Axı digər aşağı yaş qrupundan ibarət yığmalarımızda da əcnəbilərin sayı az deyil. 
- U-19-da əcnəbi yoxdu. U-21-də is cəmi bir neçə nəfərdi. U-17-yə gəlincə... Həqiqətən çempionatın səviyyəsi aşağıdı. Potensiallı futbolçuların hamısın dəvət etmişik. Göz qabağındadı, siyahıya da baxa bilərsiz.

- Necə ümid edək ki, U-17 yaxşı nəticə göstərəcək? Doğurdanmı həmin futbolçular meyydanda canlarını qoyur?
- Əlbəttə, canlarını qoyur. Əvvəlki illərdə dəvət etdiyimiz futbolçular indi də Azərbaycanı həmişə xatırlayırlar. Bu gün də millimizdə oynamaq istəyirlər.

- Axı əvvəllər də belə şeylərin şahidi olmuşuq. Ama demək olar həmin futbolçuların heç biri sona qədər millimizdə oynamayıb. Bilirsiz, adama da yer edən odu ki, həmin futbolçular gəlirlər yerlilərin qarşısını kəsirlər, pullarını alıb qoyurlar ciblərinə, amma heç bir fayda vermədən çıxıb gedirlər... Sonra da deyirik ki, yerli futbolçular inkişaf etmirlər.
- Biz həqiqətən ürəkdən oynayan futbolçuları dəvət etmişik. Yoxsa, gəlib 3-5 oyundan sonra getsinlər, belə söhbət yoxdu.

- Düşünürsüz ki, bu gün yığmaya dəvət alan əcnəbilər sona qədər oynayacaq?
- Onlar istədiklərini bildirdikləri üçün çağırmışıq.

- Amma uşaqdılar axı, beyinləri hələ tam formalaşmayıb. Sabah fikirlərini dəyişə bilərlər...
- Düzdü, başa düşürəm. Haqlısız uşaqdılar, 16-17 yaşları var, ola bilər kimsə futbolu atacaq. Yəni o demək deyil ki, hamısı standart futbolçu olacaq. Amma doğurdan da elələri var ki, yığmamızda canlarını qoymağa hazırdılar. Oynamaq istəyirlər, layiqli futbolçlar idi. Mən də tərəfdarıyam ki, yığamızda yerlilər oynasın. Getdikcə bu problemi aradan qaldırmağa çalışacağıq. 

Oxşar xəbərlər

"Niyə başqalarından fərqli tovuzlular premyer-liqada oynamamalıdı?"- Klub prezidenti "od püskürdü"
Yaşar Vahabzadənin dediklərinə cavab gecikmədi:"Azərbaycanlı uşaqlara oynamaq üçün şans verək" - ÖZƏL
Renat Dadaşov: "Öz-özümə sual verdim ki, Azərbaycan millisində oynamaq istəyirəmmi?"
"Qəbələ"nin futbolçusu: "Həyatım boyu bunun üçün çalışmışdım" - VİDEO
Bizim millətə hörmət etmirlər...Müsahibə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər