reklam
Sportfm.az xəbər saytı

"Niyə başqalarından fərqli tovuzlular premyer-liqada oynamamalıdı?"- Klub prezidenti "od püskürdü"


Birinci divizionda çempion olan "Turan Tovuz" növbəti mövsümdən premyer-liqada oynamaq üçün vəsiqəni təmin etdi. 
 
Amma bu hələ komandanın güclülər dəstəsində iştirak edəcəyi anlamına gəlmir. Məsələ burasındadı ki, komanda maliyyə problemlərindən əziyyət çəkir. AFFA-nın dəstəyi ilə birtəhər ayaqda qalsa da komandanın maliyyə durumu premyer-liqada iştirak etməyə imkan vermir. Bundan başqa sənədlər, aşağı yaş qrupları və bəzi şərtlər var ki, onlara da əməl olunmalıdı. Qısası AFFA-nın əlində olan klubun premyer-liqada oynayıb-oynamayacağı məlum deyil. Bəs "Turan Tovuz"da bu məsələlər nə yerdədi? Lisenziyalaşdırma ilə bağlı hər şey qaydasındadımı? Maliyyə problemlərini necə yoluna qoymağı düşünürlər?
 
Sport7.az saytı suallara cavabı klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayevdən almağa çalışıb. Veteran futbolçu bunları söyləyib:
 
"Təbrikə görə sağ olun. Verdiyimiz sözün üstündə durduq. Düzdü futbol aləmindən təbrik edənlər çox oldu. Amma əsas olan "Turan Tovuz"un premyer-liqada oynamasıdı. Bunun üçün də hər şey var təkcə maliyyədən başqa. Sağ olsun Qənirə Paşayeva çox çalışır. Komandanın uğurunun davam etməsi üçün əlindən gələni əsirgəmir, çox sevinir. AFFA hamını saxlaya bilməz ki? Müəyyən mənada kömək ola bilər, amma saxlaması mümkün deyil. 
 
Sənədlərimiz hamısı qaydasındadı. Birinci divizionda 4, premyer-liqada 8-9 aşağı yaş qrupundan ibarət komanda olmalıdı. Bizdə də 8-9 komanda, yəni bütün yaş qrupları var. Özü də məşqçilərimizin hamısının kateqoriyası var. Hansı ki, bu da vacib şərtlərdən biridi. Meydança, baza da öz yerində. Məşq, futbolu inkişaf etdirmək, futbol oynamaq üçün bütün şərait var. 
 
İstərdim ki, Tovuz futbolu inkişaf etsin. Burda futbolçu çoxdu. Baxın, premyer-liqanın bütün əsas komandalarında tovuzlu futbolçular oynayır. Sizin vasitənizlə bütün tovuzlu iş adamlarına müraciət, onlardan xahiş edirəm ki, kim nə bacarırsa köməklik göstərsin, dəstəyini əsirgəməsin. Niyə başqalarından fərqli tovuzlular premyer-liqada oynamamalıdı? Bu Azərbaycanı avrokuboklarda təmsil edən ilk komandadı. Heyifdi, bu qədər əziyyət çəkmişik, vəsiqə qazanmışıq. Halbuki  neçə ildi "Turan Tovuz" birinci diviziondadı. Gözəl komanda, rəhbərlik və insanlar var. Hər oyunda 4-5 min nəfər azarkeş gəlir.
 
Neftçala ilə Tovuzu bir tutmaq düzgün deyil. Düzdü yaxşı komanda yığdılar, 2 il ardıcıl çempion oldular. Lisenziya şərtlərinə cavab vermədiklərinə görə onları premyer-liqaya buraxmadılar. Amma Neftçalada futbol Tovuzdakı qədər inkişaf etməyib. Tovuzda hər şey var. Pul, olduqca imkanlı adamlar da çoxdu. Burda nə qədər futbolçular yetişir. Ümidimiz var. İnsan ümidsiz yaşaya bilməz. Qənirə xanımın da sayəsində müəyyən şəxslərlə görüşlər təşkil olunacaq. Hələ ki, çempionat davam edir. Komandanı yaşatmağa çalışacağıq. Yaşamasa Azərbaycan futbolu da bu gündə olacaq. Sizi inandırım, komanda premyer-liqada olsa futbol inkişaf edəcək, daha çox futbolçu yetişəcək. Yığmalarımız yaxşı oynayacaq. Mənə deyirdilər inanmırdım. Amma orda işləyəndən sonra gördüm ki, kəndlərdə futbola necə həvəs var.
 
Yay mövsümündə hansı dəyişikliklər olacağı ilə bağlı konkret planlar yoxdu. Hər şey maliyyədən asılıdı".

Oxşar xəbərlər

"Turan Tovuz" Premyer Liqada 20-ci qələbəsini qazandı
“Heç kim demir ki, “Turan Tovuz”a kömək edim” – Nadir Nəbiyev
"Zaqatala" Premyer Liqada olacaqmı? - klub prezidenti açıqladı
“Fud-Sity” “Turan Tovuz”a sponsorluq edə bilər
Əsgər Abdullayev: "Bütün Tovuz əhalisi komandanı Premyer Liqada görür"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər