Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ"nin futbolçusu: "Həyatım boyu bunun üçün çalışmışdım"- VİDEO
"Mənə zəng edib, milliyə dəvət aldığımı dedilər. Buna çox sevindim və dərhal evə zəng etdim. Xoş xəbəri çatdırdım, milliyə çağırıldığımı dedim”.
Sportfm.az xəbər verir ki, bu sözləri "Qəbələ”nin xorvatiyalı futbolçusu Filip Ozobiç deyib.
"Qəbələ TV”yə danışan yarımmüdafiəçi Xorvatiya millisinə dəvət almasından danışıb. Çində qatıldıqları turnir barədə də fikirlərini bildirən Ozobiç bunları deyib: "Həyatım boyu bunun üçün çalışmışdım. Oradakı əksər futbolçuları aşağı yaş qruplarından tanıyırdım. Məşqçi məni təbrik edib, rahat oynamaq lazım olduğunu dedi. Orda biz dost idik - bir ailə kimi. İlk oyundan əvvəl bir az gərgin idim. Amma matçın gedişində sakitləşdim, rahat oynamağa başladım. Bizim oyuna qədər cəmi 1 məşqimiz olmuşdu. Ona görə də, Çindəki turnirdə ilk matça 100 faiz hazır deyildik”.
Ozobiç yenidən yığmaya dəvət almasının "Qəbələ”dəki çıxışından asılı olduğunu bildirib:
"Ümid edirəm ki, növbəti dəfə də milliyə dəvət alacam. Bunun üçün "Qəbələ”də yaxşı oynamalıyam. Azərbaycan çempionu olmaq istəyirəm. Onda yəqin ki, məni dəvət edərlər. İndi mənim üçün "Qəbələ” və çempion olmaq daha vacibdi”.
Oxşar xəbərlər
"Səbail"in futbolçusu milliyə dəvət olundu
"“Qəbələ”nin bütün oyunlarını izləyirəm, futbolçuları da tanıyıram" - Nikola Yurçeviç
"Azərbaycan millisində bütün futbolçular rusca danışır" - Rüfət Dadaşov
"Qəbələ"nin futbolçusu Xorvatiya millisində debüt etdi
“Lill” kimi komandanı keçməklə gücümüzü göstərdik”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası