reklam
San Marinodan tarixi qol -
Sportfm.az xəbər saytı

San Marinodan tarixi qol -VİDEO


Millimizin DÇ-2018-in qrup mərhələsindəki rəqibi San Marino yığması tarixi qola imza atıb. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, komanda 15 ildən sonra  dünya çempionatının seçmə mərhələsinin səfər görüşündə fərqlənib. Bu, millinin DÇ-2018-in seçmə mərhələsində səfərdə Norveçə 1:4 hesabı ilə uduzduğu oyunda baş verib. Tarixi qolu 54-cü dəqiqədə Mattia Stafenelli vurub.

Qeyd edək ki, San Marino millisi bundan əvvəl  DÇ-2002-nin seçmə mərhələsində 2001-ci ildə keçirilən Latviya ilə görüşdə (1:1) səfərdə qol vurub.
 

Oxşar xəbərlər

Azərbaycan millisi DÇ-2027-də ilk qələbəsini qazandı
Ermənistan baş məşqçisini istefaya göndərdi
Millimiz Almaniya, Belçika, və İngiltərəylə eyni sırada
Neymardan 300-cü qol
Ukrayna millisi boş tribunalar önündə oynayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər