Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimiz Almaniya, Belçika, və İngiltərəylə eyni sırada
Dünya çempionatının seçmə mərhələsində uğurları sıralayan Azərbaycan millisi daha bir tarixi göstəriciyə imza atıb. Sport7.az xəbər verir ki, keçirdiyi 3 görüşdə 7 xal qazanan millimiz qapısını toxunulmaz saxlamağı bacarıb. Bu uğura müdafiəçilərimizin etibarlı oyunu, Kamran Ağayevin səhvsiz çıxışı sayəsində nail olmuşuq. Sevindirici halda ki, bu göstəriciyə görə komandamız Avropanın nəhəng milliləriylə eyni sırada dayanır. İndiyə qədər Azərbaycan başqa İngiltərə, Almaniya və Belçika millilərini qapısını toxunulmaz saxlamağı bacarıb.
Millimizin yer aldığı "C" qrupunun digər iki oyununda isə gözlənilməz nəticə qeydə alınmayıb. Almanlar doğma meydanda Şimali İrlandiyanı 2:0 hesabıyla məğlub ediblər. "Bundestim"in qollarını 13-cü dəqiqədə Julian Draxler, 4 dəqiqə sonra isə Sami Khedira vurub. Bu qələbə sayəsində almanlar liderliklərini qoruyublar.
Ötən tur millimizə məğlub olan Norveç isə acığını San-Marinodan çıxıb. "Cırtdanlar" 1:4 hesablı yenilgiylə barışıblar. Maraqlıdı ki, bu oyunda San-Marino ilk qolunu vurmağı bacarıb. 54-cü dəqiqədə Mattia Stefanelli bərabərlik qolunu vurub. Ona qədər Davide Simoncini topu öz qapısına göndərməklə oyunda hesabı açmışdı. 77-83-cü dəqiqələr aralığında San-Marinonu 3 dəfə meydanın mərkəzinə dəvət edən meydan sahibləri böyükhesablı qələbəni təmin ediblər.
3 turdan sonra "C" qrupunda vəziyyət belədir: Almaniya - 9, Azərbaycan - 7, Şimali İrlandiya - 4, Norveç - 3, Çexiya - 2, San-Marino - 0.
Oxşar xəbərlər
Benziadan het-trik - İlk 45 dəqiqədə
Almaniya millisindən antirekord - DÇ-2022
Millimiz mövqeyini qorudu
Milli komandamız UEFA-nın reytinqində bir pillə gerilədi
San Marinodan tarixi qol - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası