Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ukrayna millisi boş tribunalar önündə oynayacaq
Ukrayna millisi "DÇ-2018"in seçmə mərhələsinin ilk oyununu boş tribunalar önündə keçirəcək.
Qol.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, buna "DÇ-2014"ün seçmə mərhələsində San Marino ilə Lvovda keçirilən oyunda baş verən olaylar səbəb olub.
Həmin görüş zamanı ukraynalı azarkeşlərin irqçi şüarlar səsləndirməsi, eyni zamanda onların faşist (nasist) xarakterli bannerlər açmaları və pirotexniki vasitələrdən istifadə etmələri Ukrayna millisinin cəzalandırılması ilə nəticələnib. Bu cəza UEFA bayrağı altında keçirilən oyunlara şamil edilmədiyindən Ukrayna yığması "DÇ-2018"in seçmə mərhələsində İslandiya ilə görüşü boş tribunalar qarşısında keçirilməli olacaq.
Qeyd edək ki, Ukrayna - İslandiya oyunu sentyabrın 5-də keçiriləcək.
Oxşar xəbərlər
Ukrayna - Azərbaycan oyunu İspaniyada keçiriləcək - Avro-2025
UEFA qərar verdi - yığma komanda boş tribunalar önündə oynayacaq
Almaniyaya məğlub olan yığmamız Ukrayna ilə qarşılaşacaq
Tanımadığı dövlətlə neytral meydanda oynayacaq!
UEFA-dan 65 min avroluq cəza
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası