"Messi bizə hörmətsizlik etdi" -Dani Alveş
Braziliya millisinin futbolçusu Dani Alveş Argentina yığmasının kapitanı Lionel Messini son açıqlamasına görə tənqid edib.
Sportfm.az xəbər verir ki, o, təşkilatçıların Amerika kubokunu Braziliyanın qazanması üçün əlindən gələni etdiyi fikri ilə razılaşmayıb: "Bir insan sırf dostunuzdur deyə haqlı ola bilməz. Hadisənin təsirindən belə sözlər söyləmək olar. Amma mən bu fikirlə razılaşmayacam. Hər şeydən əvvəl o, bizim komandamıza hörmətsizlik etdi. Bundan başqa, bir çox peşəkar futbolçuya da hörmətsizlik etdi. Mən həmişə doğruları söyləyən dostam. Messinin söylədiyi sözlər düzgün deyil".
Çili ilə matçın 37-ci dəqiqəsində meydandan qovulan Messi oyundan sonra hakimləri tənqid etmiş və Argentinanın rüşvətə görə finala çıxa bilmədiyini demişdi. O, hakimlərin Braziliyaya kömək etdiyini söyləmişdi.
Qeyd edək ki, Argentina yarımfinalda Braziliyaya 0:2 hesabı ilə uduzmuşdu.
Oxşar xəbərlər
Futbol Federasiyasının prezidenti FIFA Şurasından qovuldu
Karyerasında ikinci dəfə oyundan qovuldu
Argentina mətbuatı Messini tənqid etdi
Maradona: "Messi lider olmaq istəmir"
Messi üsyan etdi: "Bizim federasiya fəlakətdi!"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası