Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Messi üsyan etdi: "Bizim federasiya fəlakətdi!"
Amerika Kubokunun 100 illiyi münasibətilə xüsusi təşkil olunan turnirin finalında Çili ilə qarşılaşacaq Argentina millisi xoşagəlməz halla üzləşib. Sportfm.az saytının məlumatına görə, Hyustondan finalın oynanacağı Nyu Cersiyə uçmağa çalışan milli komandanın təyyarəsi gecikməyə məruz qalıb.
Bu hala ən çox əsəbləşən isə Lionel Messi olub. Komanda yoldaşı Serxio Aquero ilə birlikdə fotosunu sosial şəbəkədə paylaşan "Barselona”nın ulduzu belə yazıb: "Biz yenə təyyarə gözləyirik. Argentina Futbol Federasiyası fəlakətdi”.
Yerli federasiya isə özünü müdafiə edərək bu səfərlərə turnirin təşkilat komitəsinin nəzarət etdiyini deyib.
Qeyd edək ki, Amerika Kubokunun finalı iyunun 27-də "Metlife" stadionunda keçiriləcək. Argentina turnirin qrup mərhələsində məğlub etdiyi Çili ilə finalda yenidən qarşılaşacaq.
Oxşar xəbərlər
Amerika kubokunun rəmzi komandası - SİYAHI
Martines dub etdi, Argentina qalib gəldi - Amerika Kuboku
Messi Argentina millisindən getdi!
Amerika Kuboku: Argentina məğlub oldu
Amerika Kuboku: İlk finalçı məlum oldu - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası