"Formula 1"də yeni mükafat bölgüsü müəyyənləşdi
2021-ci ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatında texniki qaydalarla yanaşı, bir sıra başqa dəyişikliklər də gözlənilir.
Sportfm.az xəbər verir ki, artıq komandalara mükafat bölgüsü ilə bağlı 4 variant göndərilib.
Birinci və ikinci variant mövcud qaydaya bənzəyir. Təkilf olunan layihə aşağıdakılardan ibarətdir:
1. Bütün mükafatın yarısı yeni iştirakçılar da daxil olmaqla komandalar arasında bərabər bölünəcək.
2. Komandalara mövsümün sonunda tutduqları yerlərə görə mükafat veriləcək. Birinci yeri tutan ümumi məbləğin 18 faizini, 10-cu yerin sahibi isə iki faizini əldə edəcək.
3. Bu seçim tarixi komandalara verilən hazırkı bonusların ödənişini əvəz etmək üçün tərtib olunub. Bundan sonra ən yaxşı üç komanda bonus əldə edəcək. Pul mükafatının həcmi isə komandanın son 10 il ərzində nə qədər ilk "3-lük"də yer almasından asılı olacaq.
4. İtaliyanın "Ferrari" komandasının bonusları 70 milyondan 35 milyona düşüb. Kollektiv bu məbləğdən bolidin təmiri üçün istifadə edə bilməyəcək.
Oxşar xəbərlər
Güləşçilərimiz üçün mükafat fondu açıqlandı - 600 min
“Ferrari”nin 2020-ci il üçün ilkin görüntüsü dərc olundu
Formula 1 yarışları haqqında bunları bilməlisiniz - MƏLUMAT
Yığmamız nə qədər gəlir əldə edəcək? - UEFA Millətlər Liqasının iştirakçıları üçün mükafatlar artırıldı
Formula-1 yarışlarının yeni rəsmi loqotipi təqdim olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu















Misli Premyer Liqası