reklam
“Ferrari”nin 2020-ci il üçün ilkin görüntüsü dərc olundu
Sportfm.az xəbər saytı

“Ferrari”nin 2020-ci il üçün ilkin görüntüsü dərc olundu


"Formula 1" üzrə dünya çempionatında çıxış edən “Ferrari” komandasının bolidinin 2020-ci ildəki ilkin görüntüsü dərc olunub.

Sportfm.az xəbər verir ki, bu bolidin qaralama versiyasıdır.

Yeni boliddə əvvəlkinə nisbətən dəyişikliklər olub. Bu konfiqurasiyada ön hissədə üçüncü hidravlik element meydana çıxıb. Bolidin ön qanadı bir az daha yüksək olub.

Yeni dizaynda silindr başlarından da istifadə ediləcəyi vurğulanıb. Yanma kameraları, ERS konfiqurasiyası və proqram təminatı da dəyişdiriləcək.

Qeyd edək ki, "Ferrari"nin yeni bolidinin rəsmi təqdimatı fevralın 11-nə planlaşdırılıb. Bu komanda "Formula 1" üzrə dünya çempionatında Konstruktorlar Kubokunun qalibi olub. 

Oxşar xəbərlər

"Ferrari"nin gələn mövsümdəki bolidi müəyyənləşdi - FOTO
"Ferrari"nin yeni avtomobili - FOTO
"Formula 1"də yeni rəhbər
Ferrari” Şarl Leklerlə yeni müqavilə bağladı
"Ferrari" yeni bolidini təqdim etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər