reklam
Azərbaycanda çıxış etmiş gürcü futbolçuya sanksiya qoyuldu
Sportfm.az xəbər saytı

Azərbaycanda çıxış etmiş gürcü futbolçuya sanksiya qoyuldu


Gürcüstan Futbol Federasiyasının İntizam və Futbol Mübahisələri üzrə Komissiyasının iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasda danışılmış oyunlara görə saxlanılan futbolçuların məsələsinə baxılıb.

Toplantıda həmin futbolçulardan 5-nin futbol fəaliyyətinə qadağanı nəzərdə tutan sanksiya qoyulub. “WIT Georgia” klubunun üzvü olan futbolçular arasında vaxtilə Azərbaycanın “Turan” komandasında çıxış etmiş Nikoloz Maisuradze də var.

30 yaşlı yarımmüdafiəçi 2012-2013 mövsümünün ikinci yarısında Tovuz təmsilçisinin formasını geyinib. O, həmin ilin martında əyalət təmsilçisinə cəlb olunub, avqustda isə indiki klubuna keçib. Maisuradze Azərbaycan Premyer Liqasında "Turan"ın heyətində 8 oyuna çıxıb. 2012-2013 mövsümündə Tovuz komandası sonuncu yeri tutaraq, I Diviziona enib. 

Komissiyanın digər qərarı ilə “WIT Georgia” futbol klubu 6 xal itirib və 50 min lari (18 min dollardan çox) məbləğində cərimə olunub.

Qeyd edək ki, mayın 20-də Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti futbol oyunlarının nəticəsinin manipulyasiyasında şübhəli bilinən 11 nəfəri saxlayıb. Mayın 22-də keçirilmiş məhkəmənin qərarı ilə onların 4-ü həbs olunub, 7-sinin hər birinə qarşı 10 min lari məbləğində cərimə təyin olunub. N.Maisuradze də cərimələnən futbolçular arasında yer alıb. 

Oxşar xəbərlər

Hakimi təhqir edən futbolçuya ağır cəza - AFFA
I Divizionda cəzalar açıqlandı
Oyun satan sabiq "Turan"lı futbolçuya sanksiya qoyuldu
Turan"ın sabiq futbolçusu həbs edildi
I Divizion klublarının cəzası açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər