Turan"ın sabiq futbolçusu həbs edildi
Gürcüstanda Dövlət Təhlükəsizlik Xidməti 2 gün əvvəl futbol oyunlarının nəticəsinin manipulyasiyası şübhəsi ilə 11 futbolçunu həbs edib.
Sportfm.az Onlardan 3-ü karyerasını başa vurub.
İstintaq mütəşəkkil cinayətkar qrup üzvlərinin futbol klubları və oyunçularla əlaqə qurduğunu, müəyyən miqdar qarşılığında matçların nəticələrinin əvvəlcədən razılaşdırdıqlarını təsbit edib.
Təhlükəsizlik xidmətinin məlumatına əsasən, "satılan oyunlar" üçün qrup üzvləri 93.5 min lari (təxminən 34 min dollar) alıb.
Tutulan şəxslərə 4 ildən 7 ilə qədər həbs cəzası verilə bilər. Onlardan biri vaxtilə Azərbaycanda çıxış edib. Bu, "Turan"ın sabiq legioneri Nikoloz Maisuradzedi.
Son olaraq "Vit Corciya"nda çıxış edən 30 yaşlı yarımmüdafiəçi 2012-2013 mövsümünün ikinci yarısında Tovuz təmsilçisinin formasını geyinib.
O, həmin ilin martında əyalət təmsilçisinə cəlb olunub, avqustda isə indiki klubuna keçib. Maisuradze "Turan"ın heyətində Premyer Liqada 8 oyuna çıxıb.
2012-2013 mövsümündə Tovuz komandası sonuncu yeri tutaraq, I Diviziona enib. Həmin vaxt "Turan"ın prezidenti olan Musa Süleymanovun Nikolaz və daha 2-3 legionerdən şübhələndiyini xatırladaq.
O, Əsgər Abdullayevə bu barədə fikrini bildirsə də, baş məşqçi futbolçuların tərəfini saxlayıb və müqavililərinə birtərəfli xitam verilməsinin əleyhinə çıxıb.
Demək ki, Süleymanovun bildiyi bir şeylər varmış və zənni boş yeri deyilmiş.

SPORTİNFO.AZ
Oxşar xəbərlər
Millinin sabiq futbolçusu həbs olundu
Arda Turan barədə həbs qərarı verildi - İspaniyada
Klub rəsmisi 17 illik həbs edildi
Oyun satan sabiq "Turan"lı futbolçuya sanksiya qoyuldu
Azərbaycanda çıxış etmiş gürcü futbolçuya sanksiya qoyuldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası