reklam
Sportfm.az xəbər saytı

"Bu qələbəyə ürəkdən inanırdıq" -Balaxanım Əhmədova


Aerobika gimnastikası üzrə Azərbaycan yığması tarixində ilk dəfə Avropa çempionu oldu. 

Sportfm.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan qitə çempionatında Rusiyanı arxada qoyaraq qızıl medal qazanan yığma komandamızın baş məşqçisi bolqarıstanlı Marian Kolev mükafatlandırma mərasimindən sonra sevincini əməkdaşımızla bölüşüb: "Biz komanda olaraq əzmlər çalışdıq. Bu gün qalib gəlməmizdə bizi dəstəkləyən azarkeşlərin də böyük rolu oldu. Biz hamımız çətin olacağını bilirdik. Təbii ki, qələbə qazanacağımıza da inamımız böyük idi. Bu uğurda əməyi keçən hər kəsi təbrik edirəm".

Yığma komandamızın aparıcı üzvlərindən olan Balaxanım Əhmədova da bu böyük uğurdan danışdı:"Əvvəlcə hər kəsə - məşqçilərə, federasiya rəsmilərinə, ailəmə mənə dəstək olan hamıya minnətdaram. Bu gün Milli Gimnastika Arenasının tribunaları möhtəşəm idi. Mən gimnastikaya 3 yaşında gəlmişəm, uzun illərdir belə böyük uğurun həsrətində idik. Şükürlər olsun, qazandıq. Bu qələbəyə ürəkdən inanırdıq. Bütün Azərbaycan xalqını təbrik edirəm". 

Qeyd edək ki, finalda Azərbaycan 17800, ikinci olan Rusiya isə 17750 xal toplayıb. 

 

Oxşar xəbərlər

Dünya üçüncüsü millimiz Vətənə qayıtdı -VİDEO VİDEO
"Finalda da qələbə gözləyirəm" - Ayxan Abbasov
Prezident İlham Əliyev yığma komandamızı təbrik etdi - FOTO
Gimnastika Federasiyası Avropa çempionlarına medal təqdim etdi - FOTO
Azərbaycan yığması Avropa çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər