reklam
Sportfm.az xəbər saytı

"Roberto Bordin əla məşqçidir" -Canni De Byazi


"Artıq 2 oyun oynamışıq. Sabah təşkilatlanmış komandaya qarşı mübarizə aparacağıq. Çox diqqətli olmalıyıq. Bizi ağır oyun gözləyir. Yaxşı nəticə qazanmağa çalışmalıyıq".

Sportfm.az xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Moldova ilə yoldaşlıq oyunu öncəsi mətbuat konfransında deyib.

65 yaşlı baş məşqçinin sözlərinə görə, Moldovanın Türkiyə ilə oyununu izləyib: "Yaxşı komandadır. Roberto Bordin isə əla məşqçidir. Komandasını çox yaxşı hazırlayır. Son anadək mübarizə apardılar. Biz isə artıq inkişafdayıq. Daha az qol buraxırıq. Komanda getdikcə öz oyununu tapmağa başlayır".

De Byazi bildirib ki, bütün oyunlar çətin keçir: "Hamısına eyni ciddiliklə hazırlaşırıq. Rəqibi analiz etmişik. Güclü və zəif tərəflərini bilirik. Son oyunumuzdur, bundan sonra istirahətə gedəcəyik. Yaxşı oyun göstərmək istəyirik".

Təcrübəli mütəxəssis sabahkı qarşılaşmada da əsas heyət üzvlərinə şans verəcəyini söyləyib: "Komandanın inkişafı üçün eyni oyunçuların birlikdə oynaması daha faydalıdır. Sabah da eyni şey olacaq. Yeni komandayıq. Millinin qapısı hər kəsin üzünə açıq olduğu kimi, hər zaman bağlana da bilər. Hamı əlindən gələni etməlidir".

Qeyd edək ki, iyunun 6-da Kişineuda keçiriləcək Moldova - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

"Onda yanaşma yaxşı deyildi" - Canni De Byazi
"Xalqımızı qələbə ilə sevindirmək istəyirik" - Azər Salahlı
"Azərbaycan millisi yaxşı komandadır" - Roberto Bordin
"Elvin Bədəlov və Bəhlul Mustafazadə hazır deyil" - Canni De Byazi
Roberto Bordin: "Nəticəni birlikdə görəcəyik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər