Laurentsiu Regekampf narazıdır:"Hazırlıq yaxşı getmir"
"Növbəti oyuna hazırlığın yaxşı getdiyini deyə bilmərəm".
Sportfm.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Səbail"ə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XV tur matçı ilə bağlı klubun rəsmi televiziyasına açıqlamasında deyib.
47 yaşlı mütəxəssis bəzi aparıcı futbolçuların zədəli olduğunu, digərlərinin isə milli komandalarda çıxış etdiyini bildirib: "Eddi İsrafilov və Azər Salahlının durumu hələlik istənilən səviyyədə deyil. Əlimizdə olan oyunçulardan maksimum yararlanmaq istəyirik. Zədəlilərin tezliklə komandaya qoşulacaqlarına inanırıq".
Rumıniyalı baş məşqçi sıraya dönən Eddi İsrafilovun hazırda özünü daha yaxşı hiss etdiyini söyləyib: "Az da olsa ağrıları var. Əlimizdən gələni edirik ki, məşqlərdə sonadək iştirak etsin".
Regekampf gənc oyunçular haqqında da fikirlərini bölüşüb: "Yaxşı gənc futbolçulara malikik. Onların zədələrdən uzaq olacağına inanırıq. Həmin oyunçular davamlı şəkildə əsas komanda ilə məşqlərdə iştirak edirlər. Hər şey onların məşqlərindən, performansından asılıdır. Ehtiyacımız olacağı təqdirdə həmin gənclərə də şans verəcəyik".
Qeyd edək ki, noyabrın 27-də keçiriləcək "Neftçi" - "Səbail" görüşü saat 16:00-da başlayacaq.
Oxşar xəbərlər
"Ona inanıram” - Regekampf
"İnanıram ki, getdikcə daha yaxşı olacağıq" - Regekampf
Eddi İsrafilov: "Kömək etməyə hazıram"
“Bu amildən ehtiyatlanmalıyıq” - Laurentsiu Regekampf
"Eddi İsrafilov və Azər Salahlı bizə xeyir verəcəklər" - Emin Mahmudov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası