Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sabah" növbəti mərhələdə
Bu gün Xorvatiyanın Split şəhərində keçirilən “Dalmatinko Cup”da iştirak edən “Sabah”ın U-12 komandası turnir çərçivəsində daha 2 oyun keçirib.
Sportfm.az xəbər verir ki, Samir Əbdürəhmanovun yetirmələri əvvəlcə Xorvatiyanın “Primorats-2” komandası ilə qarşılaşıb. Görüş təmsilçimizin minimal hesablı (1:0) qələbəsilə nəticələnib. Matçda yeganə qola Amur Yusifov imza atıb.
Komandamız daha sonra Polşa “Qurnik Zabrje”si ilə qolsuz bərabərə qalıb (0:0).
“Sabah” bu nəticələrdən sonra qrup mərhələsini lider kimi başa vurub və 1/4 finala vəsiqə qazanıb.
Xatırladaq ki, komandamız qrupdakı əvvəlki oyunlarında “Hayduk”a (1:0) və “İmotski”yə (2:0) qalib gəlmişdi.
Oxşar xəbərlər
"Sabah" Gürcüstanda sonuncu oldu
"Sabah"ın uşaq komandası İtaliya klubuna məğlub oldu
Səfir "Sabah"ı ziyarət etdi - FOTO
"Sabah" mübarizəni dayandırdı
"Sabah" "Hayduk"a qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin




.jpg)










Misli Premyer Liqası