reklam
Sportfm.az xəbər saytı

"Sabah" "Hayduk"a qalib gəldi


“Sabah”ın U-12 komandası Xorvatiyada keçirilən “Dalmatinko Cup”da iştirak edir. 

Sportfm.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirdə “Hayduk” (Xorvatiya), “Qornik Imotski” (Polşa) və “Olti” (Kosovo) klublarıyla bir qrupda yer alıb. 

Samir Əbdürəhmanovun yetirmələri artıq turnirdə iki oyun keçirib. 

Komanda ilk oyununda yerli “Hayduk” (Split) klubuna 1:0 hesabıyla qalib gəlib. Matçda yeganə qola Famil Məmmədli imza atıb. 

“Sabah” növbəti oyununda Polşanın “Qornik Imotski” klubuyla qarşılaşıb. Qarşılaşma azərbaycanlı futbolçuların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Rəşad Alışov və Babamirzə Mehdiyev vurub.

 

Oxşar xəbərlər

"Sabah"ın uşaq komandası İtaliya klubuna məğlub oldu
Səfir "Sabah"ı ziyarət etdi - FOTO
"Sabah" mübarizəni dayandırdı
"Sabah" növbəti mərhələdə
"Sabah" Binədə qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər