FIDE yeni reytinq siyahısını açıqladı
Beynəlxalq Şahmat Federasiyası (FIDE) may ayı üçün yeni reytinq siyahısını açıqlayıb.
Sportfm.az xəbər verir ki, azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeyi dəyişməyib. Ş.Məmmədyarov 2781 xalla 5-ci, T.Rəcəbov 2759 xalla 12-ci pillədə qərarlaşıblar. Digər şahmatçılarımız Arkadi Naydiç 2682 xalla 58-ci, Qədir Hüseynov 2654 xalla 97-cidir. Kişi şahmatçılar arasında reytinq siyahısına hazırkı dünya çempionu norveçli Maqnus Karlsen (2861) liderlik edir. Sonrakı yerləri amerikalı Fabiano Karuana (2816 xal), çinli Dinq Liren (2805 xal) bölüşürlər.
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2436 xal, 40-cı yer) və Xanım Balacayeva (2373 xal, 92-ci yer) ilk yüzlükdə yer alıblar. Qadın zəka ustaları arasında isə ilk üç pillədə çinli idmançılar Hou Yifan (2662), Vencun Cu (2590) və ukraynalı Mariya Muziçuk (2563) qərarlaşıblar.
Oxşar xəbərlər
Rauf Məmmədov siyahını tərk etdi, Teymur isə...
Şəhriyar Məmmədyarov ilk "10-luq"da - FIDE reytinqi
Şahmatçılarımızın mövqeləri dəyişməz qaldı - FIDE reytinqi
Şahmatçımız doqquzuncudur - FIDE reytinqində
Şahmatçılarımız "100-lüy"ə daxil oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Kəpəz” növbəti mərhələdə - Azərbaycan kuboku
-
"Şəfa"dan 9 qol, "Şahdağ Qusar"dan inmalı qələbə - Azərbaycan Kuboku
-
Təmsilçimiz Çempionlar Liqasında məğlub oldu
-
“Dinamo” “Qarabağ”a qalib gəldi - Gənclər Liqası
-
Boksçularımız Avropa çempionatlarında 25 medal qazandı
-
"Neftçi"nin futbolçusu cəzalandı - Qərar















Misli Premyer Liqası