reklam
Rauf Məmmədov siyahını tərk etdi, Teymur isə...
Sportfm.az xəbər saytı

Rauf Məmmədov siyahını tərk etdi, Teymur isə...


Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Sportfm.az xəbər verir ki, ilk "10-luq"da yenə Azərbaycanın 1 təmsilçisi yer alıb. Şəhriyar Məmmədyarov (2575 xal) 10-cu pillədə qalıb.  Teymur Rəcəbovun da mövqeyi dəyişməzdir. O, yenə 2747 xalla 15-ci yerdədir.

Qədir Hüseynov isə (2661 xal) 85-ci pillədə qərarlaşıb. Bundan əvvəlki reytinq cədvəlində 93-cü pillədə olan Rauf Məmmədov isə ilk 100 şahmatçı siyahısını tərk edib.

Siyahıya norveçli dünya çempionu Maqnus Karlsen (2861 xal) başçılıq edir. Çinli Liren Dinq (2808 xal) 2-ci, rusiyalı Yan Nepomnyaşi (2792 xal) 3-cüdür.

Qadınların reytinq cədvəlində Azərbaycan şahmatçılarından Günay Məmmədzadə (2473 xal) 21-ci sırada qalıb. Ülviyyə Fətəliyeva (2408 xal)  45-ci, Gülnar Məmmədova (2382 xal) 73-cü, Xanım Balacayeva (2379 xal) isə 75-cidir.

Oxşar xəbərlər

Teymur mövqeyini qorudu - FİDE reytinqi
Şahmatçılarımız “100-lüy”ü tərk etdi - FİDE reytinqi
Dünya çempionumuz elə bir şey etdiki....
"Şah" yerində durmur - Reytinq cədvəli
Şəhriyar Məmmədyarov ilk "10-luq"da - FIDE reytinqi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər