Şahmatçılarımızın mövqeləri dəyişməz qaldı -FIDE reytinqi
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci il aprelin 1-nə olan reytinq siyahısını açıqlayıb.
Sportfm.az xəbər verir ki, dünya reytinqinə görə, ilk onluqda qərarlaşan şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeləri dəyişməz qalıb. Belə ki, Ş.Məmmədyarov (2770) səkkizinci, dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) isə onuncu yerdədir. Digər şahmatçılarımız – 3 pillə irəliləyən Nicat Abbasov 2665 xalla 72-ci pilləyə yüksəlib, Qədir Hüseynov isə 1 pillə geriləyərək 2665 xalla 73-cü pillədə qərarlaşıb. Rauf Məmmədov (2654 xal) isə 90-cı sıradadır.
Kişi şahmatçıların siyahısına norveçli dünya çempionu Maqnus Karlsen (2847) başçılıq edir.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2443) 28-ci, Gülnar Məmmədova (2382) 79-cu, Xanım Balacayeva (2376) 89-cu yerdədirlər.
Qadın şahmatçılar arasında isə çinli Yifan Hou (2658) ən yüksək reytinq xalına malikdir.
Oxşar xəbərlər
Şahmatçılarımızın mövqeyi dəyişməz qaldı - FIDE reytinqi
Rəcəbov və Məmmədyarovun mövqeyi dəyişmədi - FIDE reytinqi
Şahmatçılarımız irəlilədi - FIDE reytinqi
Günay Məmmədzadə 3 pillə irəlilədi - FIDE reytinqi
Şahmatçımız doqquzuncudur - FIDE reytinqində
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Kəpəz” növbəti mərhələdə - Azərbaycan kuboku
-
"Şəfa"dan 9 qol, "Şahdağ Qusar"dan inmalı qələbə - Azərbaycan Kuboku
-
FIFA və AFFA rəhbərliyi yığmamızın oyununu izlədi
-
Təmsilçimiz Çempionlar Liqasında məğlub oldu
-
“Dinamo” “Qarabağ”a qalib gəldi - Gənclər Liqası
-
Boksçularımız Avropa çempionatlarında 25 medal qazandı













Misli Premyer Liqası