Gələn mövsüm üçün "Qəbələ"yə bu büdcə ayrıldı
"Qəbələ"nin gələn mövsüm üçün büdcəsinə yenidən baxılır.
Sportfm.az xəbər verir ki, Tale Heydərovun prezident postundan istefa verməsindən sonra gələcəyi şübhə altına düşən klubun başı üzərindəki buludlar yavaş-yavaş dağılmaqdadı.
Artıq məlum olan odu ki, «Gilan Holdinq» əyalət təmsilçisi ilə bütün bağlarını qoparmayacaq. Sadəcə, indi büdcə azalması masaya yatırılan məsələlərin başından gəlir.
Belə ki, şirkət cari mövsüm üçün «qırmızı-qaralar»a 5 milyon dollar ayırıb. Yeni sezonda isə «Gilan» bu məbləğin iki-üç dəfə azını «Qəbələ»yə verəcək. Hardasa 2-2,5 milyon manat.
Göstərilən rəqəm klubun normal fəaliyyət göstərməsinə yetmir. Axı «Qəbələ» bir komandadan ibarət deyil, onun hər yaş qrupunu əhatə edən akademiyası və nəhəng bazası var və bunların saxlanılması daha iri vəsait tələb edir.
Odu ki, artıq AFFA vasitəsilə SOCAR-la danışıqlara start verilib. Hələlik görüşmələr qeyri-rəsmi müstəvidə davam edir.(sportinfo.az)
Oxşar xəbərlər
U-16 Liqası: "Bürünc""Neftçi"!
U-16 Liqası: "Neftçi" "bürünc"ün bir addımlığında
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik
U-16 Liqası: «Keşlə» autsayderə qalib gələ bilmədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası